“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri komandaya təqdim olunub.
"Football-plus.az" xəbər verir ki, təqdimat bu gün komandanın məşqindən öncə baş tutub. Klubun prezidenti Fariz Nəcəfov Beqirini futbolçulara və məşqçi heyətinə təqdim edib.
Beqiri sentyabrın 20-dən etibarən komandanın baş məşqçisi kimi fəaliyyətə başlayacaq.
Xatırladaq ki, tərəflər arasında "1+2" illik müqavilə imzalanıb. "Qəbələ" sentyabrın 18-də Misli premyer-liqasının 6-cı turunda evdə "Neftçi" ilə qarşılaşacaq.
Beqiri komandaya təqdim olundu
Ölkə futbolu






