Milli futbolçu əməliyyat olundu

12.07.2024 19:34 330
Dünya futbolu
Almaniya yığmasının oyunçusu Leroy Sane əməliyyat olunub.

Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. Qasıq nahiyəsindən əməliyyat edilən 28 yaşlı yarımmüdafiəçinin iyulun sonunda məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, Sane Avropa çempionatında artıq mübarizəni dayandıran Almaniya millisinin oyununda zədələnib.