“Qəbələ”nin futbolçusu əməliyyat olundu

25.04.2024 16:35 178
Ölkə futbolu
“Qəbələ”nin zədəli futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.

“Football-plus.az” xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib. İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftə sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib.