“Bavariya”nın oyunçusu əməliyyat olundu

24.10.2023 21:21 211
Dünya futbolu
Leon Qoretska zədələndiyi üçün bir müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi bundesliqanın “Maynts-05” ilə oyununda (3:1) sıradan çıxıb. O, artıq zədələnən əlindən əməliyyat olunub. Hələ ki, futbolçunun neçə həftə oynaya bilməyəcəyinə aydınlıq gətirilməyib.

Leon bu mövsüm Almaniya çempionatında 8 oyunda meydana çıxıb və 2 qol vurub.