Millimizin üzvü oynadı, komandası qələbə qazandı

22.07.2023 20:55 277
Dünya futbolu
Cənubi Koreya çempionatında 24-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, milli komandamızın üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Saequ"nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

24 turdan sonra 33 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.