Krivostyukun komandasından məğlubiyyət

30.03.2024 23:40 147
Dünya futbolu
Millimizin müdafiəçisi Anton Krivostyukun formasını geyindiyi "Daejeon" Cənubi Koreya çempionatında 4-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir komanda səfərdə "İnçeon"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Anton bu görüşdə iştirak edib. O, 70-ci dəqiqədə meydana daxil olub.

"Daejeon" 2 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.