Milimizin üzvü 90 dəqiqə oynadı

20.05.2023 23:50 261
Yığma
Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turda doğma meydanda “Daoqu” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

"Daejeon" - "Daoqu" - 0:1
Qol: Ko, 45+3

Anton da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Daejeon” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.