Millimizin üzvü oynadı, komandası qalib gəldi

3.04.2024 12:15 182
Dünya futbolu
Cənubi Koreya çempionatında 5-ci turun matçları baş tutub.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti görüşünə çıxıb.

Antonun komandası "Ulsan"la üz-üzə gəlib və 2:0 hesabı ilə qələbə qazanıb.

Meydana start heyətində çıxan millimizin üzvü əlavə edilmiş dəqiqələrdə sarı vərəqə ilə cəzalandırılıb.

"Daejeon" 5 xalla 7-ci pillədədi.