''Beşiktaş''a lazım olmayan 5 futbolçunun adı açıqlandı

11.07.2024 00:57 353
Dünya futbolu / Manşet
Covanni van Bronxorstun başçılığı altında İstanbulda hazırlığını başa vuran ''Beşiktaş'' sabah toplanış üçün Sloveniyaya yola düşəcək.

Bu arada toplanışa aparılmayacaq futbolçuların adları məlum olub. Van Bronxorstun qərarı ilə 5 futbolçu - Aleks-Oksleyd Çemberleyn, Ante Rebiç, Daniel Amarti, Fransisko Montero və Tayfur Bingöl düşərgədə yer almayacaq. Düzdü, AÇ-2024-də iştirak edən futbolçular - Mərt Günok, Cenk Tosun, Semih Kılıçsoy və Ernest Muçi də hazırlığın ilk günlərində iştirak etməyəcək. Semih Kılıçsoy Sloveniyaya iyulun 15-də yollanacaq. Cenk Tosun hələ də ''Beşiktaş''la yeni müqavilə imzalamadığından onun gələcək taleyi qeyri-müəyyəndi.

Toplanışa aparılmayan 5 futbolçu böyük ehtimalla qarşıdakı mövsüm ''Beşiktaş''da yer almayacaq. Hələ ikiillik müqaviləsi Oksleyd-Çemberleynin vətəni İngiltərəyə qayıdacağı gözlənilir. Monteroya İspaniyanın iki klubundan - ''Espanyol'' və ''Alaves''dən təklif var. Van Bronxorstun gözünə ilk gündən girə bilməyən Amartidən özünə yeni klub tapması tələb olunacaq. Rebiç və Tayfura görə gələn təkliflər də dəyərləndiriləcək.

ƏLİ