Lempard Cenk Tosun barədə nə dedi?

3.05.2022 13:59 685
Dünya futbolu
Son 2 ildə ağır zədələr üzündən karyerasında ciddi bir geriləmə yaşayan Cenk Tosunun gələcək taleyi hələ də qeyri-müəyyəndi.

2018-də ''Beşiktaş''dan 23 milyon avro qarşılığında''Everton''a keçən 30 yaşlı futbolçu ötən il aldığı ağır zədə üzündən bu mövsüm cəmi 3 rəsmi oyunda forma geyib. Qeyri-adi bir şey baş verməsə, Cenk bu yay İngiltərəni tərk edəcək. Çünki onun müqavilə müddəti mövsümün sonunda başa çatır. Bu arada ''Everton''un baş məşqçisi Frenk Lempard türkiyəli futbolçunun durumu barədə danışaraq bunları deyib:

''Məlum olduğu kimi Cenk bir müddət öncə zədələnmişdi. Onu yaşıl meydanlardan uzun müddət uzaq salan ağır bir zədəy aşamışdı. Önümüzdəki həftələrdə yenidən aramıza qatılmaq ümidi ilə fizioterapevtin nəzarəti altında fərdi məşqlərini davam etdirir. Tosun mükəmməl bir peşəkardı. Yenidən əvvəlk iformasını bərpa etmək üçün çox çalışır. Hər birimiz müqaviləsi ilə bağlı yaranmış durumun fərqindəyik. Bu işin nə ilə nəticələnəcəyini birlikdə görəcəyik''.