Argentina - Yamayka yoxlama oyunu (3:0) zamanı maraqlı hadisə baş verib.
Bir neçə azarkeş matçda qısa fasilə yaranmasına səbəbkar olub. Meydana çıxan üç nəfərdən ikisi Argentina yığmasının kapitanı Lionel Messi ilə selfi çəkdirmək istəyib. Lakin onlara stüardlar mane olublar. Digər azarkeş isə Lionelə marker verə bilib. 35 yaşlı hücumçu fanatın kürəyinə imza qoyub. Bundan sonra stüardlar azarkeşi saxlayıblar.