"Baş verən hadisə ilə bağlı heç bir şikayət bildirməmişik" - BƏYANAT

5.03.2024 14:15 289
Ölkə futbolu
“Neftçi” Misli premyer-liqasının 25-ci turunda “Qarabağ”la keçirilən oyundan sonra 4 azarkeşin saxlanılması ilə bağlı bəyanat yayıb.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” inzibati binanın ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozan fanatlarla bağlı şikayət edilmədiyini bildirib.

Bəyanatda əlavə olunub ki, həmin şəxslər qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb edilib:

“Qarabağ”la matçdan sonra 4 azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə klubun inzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı heç bir şikayət bildirməmişik. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.