• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev: “Autsayderlər sırasında qərarlaşmaq fikrimiz yoxdu”

Premyer-liqa / Manşet

9-07-2024, 19:0

“Səbail” 2023/24 “futbol ili”ni qismən uğursuz keçirdi.

Sabit oyun göstərə bilməyən “dənizçilər”in nəticələri də davamlı olmadı. Nəticədə premyer-liqanın ortababları sırasında olan Bayıl təmsilçisi 7-ci yerlə kifayətləndi. Halbuki rəhbərliyin tələbi fərqli idi. Daha dəqiq desək, 6-cı pillə arzulanırdı. Hər halda, yaşananlar geridə qaldı.

İndi komanda Türkiyənin Ərzurum şəhərində növbəti mövsümə hazırlaşır. Özü də əvvəlkinə nisbətən az büdcəylə. Əlbəttə, belədə azarkeşlərin “Səbail”in gələcəyi üçün nigaran olması anlaşılandı. Bununla belə, kollektivin düşərgəsinə yeni futbolçuların qatıldığı bəllidi. Həmçinin “dənizçilər” qarşıdakı günlərdə üç yoxlama oyunu keçirəcək.

Dünən qeyd olunanlar və başqa mövzular ilə bağlı Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyevlə söhbət etdik. Mütəxəssis qəzetimizə açıqlamasında bir çox məqama aydınlıq gətirdi.

– Şahin müəllim, komandanın hazırlıq prosesi davam edir. Son durum necədi?
– Bəli, artıq üç gündü məşq edirik. Gəldiyimiz gün vaxt itirmədən iş başına keçdik. Hər gün iki məşqin keçirilməsi nəzərdə tutulub. Məqsəd keyfiyyətli kollektivin təməlinin qoyulmasıdı. Bilindiyi kimi, son illərdə premyer-liqada temp artıb. Bu üzdən daha çox fikizi hazırlığı ön planda tuturuq. Həmçinin funksional və atletik məşqlər edirik. Növbəti mərhələdə yoxlama oyunlarında futbolçuları sınaqdan keçirəcəyik.

– Əldə etdiyimiz məlumata görə, düşərgədə yeni futbolçular var. Onlar kimdi? Və sizi nə dərəcədə qane edir?
– Mərt Çəlik, Amir Bilali, Qorka Larrusea və Dmitri Litvin bizimlədi. Düzü, bu gün onların vəziyyəti haqda danışmaq istəməzdim. Uyğunlaşmaq üçün zaman lazımdı. Hələ ki yolun başındayıq. Funksional hazırlıq mərhələsindən sonra süzgəcdən keçirib nəsə demək olar. Xoşuma gələn odu ki, bütün oyunçular məşqlərdə əlindən gələni edir. Bir müddət sonra daha yaxşı durumda olacaqlarına inanıram. Ümumiyyətlə, hər biri nə işlə məşğul olduğunun fərqindədi. Məsuliyyətlə və ürəklə çalışırlar ki, verilən tapşırıqların öhdəsindən gəlsinlər. Düzdü, bəzi futbolçular ayrıldığından, yenilər gəldiyindən komandada dəyişikliklər var. Lakin mən həmin məşqçiyəm. Peşəm elədi ki, oyunçu məndən qorxmamalı, hörmət etməlidi. Prinsipim budu.

– Dəyişiklik demişkən, ötən mövsüm start heyətində görünənlərin əksəri artıq “Səbail”dən ayrılıb. Komandanı toparlayacağınıza inanırsızmı?
– Təbii ki! İnam həmişə olmalıdı. Mən həmin məşqçiyəm, futbolçularla eyni üslubda işləyirəm. Bəli, gedənlər çoxdu. Valdemar Pana, Aleksandr Ramalinqom, Pedro Nuno, Nil Bardea, Ayub Masika kimi legionerlər də yola salınıb. Komandanının azı 50 faizini yenidən formalaşdırmalı olduq. Əkbəttə, buna təəssüflənirəm. Çünki belə hallar məşqçinin işimi çətinləşdirir. Ona görə ki, yeni gələnlərin uyğunlaşması üçün əlavə vaxta ehtiyac olacaq.

– Yeni transferlər arasında qapıçı yoxdu. Bu mövqeyə futbolçu axtarırsızmı? Belədisə, legioner, yoxsa yerli futbolçu gətirəcəksiz?
– Bilindiyi kimi, Hüseynəli Quliyev yetərincə savadlıdı. Qismət olsa, onun xidmətindən yararlanmaq niyyətindəyəm. Məncə, bu gün peşəkar futbolda “çərçivə”ni qorumağa hazırdı. Ona inanıram. Əlavə qapıçı da almışıq. “Difai Ağsu”nun gənc gutbolçusu Əlirza Müştəbazadə bizimlədi. Həmçinin akademiyamızdan üçüncü qapıçı da cəlb edəcəyik.

– Başqa hansı mövqelərin gücləndirilməsi nəzərdə tutulub? Transfer çalışmalarının bitdiyini deyə bilərik?
– Tam yox, amma bitmək üzrədi. Yerli oyunçularla bağlı proseslərə yekun vurulub. Həm hücuma, həm də müdafiəyə meyilli futbolçu axtarırıq. Bundan başqa, keyfiyyətli hücumçu tapmaq istəyirik. Seleksiyaçılar, demək olar ki, bütün gününü buna həsr edir. Mümkün variantlar arasından ən yaxşısını seçmək istəyirik.

– Büdcənin azaldılması bu yöndə işlərə nə dərəcədə mənfi təsir edir? Konkret hansı çətinliklərlə üzləşirsiz?
– Futbolda belə hallara tez-tez rast gəlmək mümkündü. Maddi durumun yaxşı olması da problem yarada bilir, pis olması da. Hərəsinin özünə görə çətinliyi var. Lakin böyük çatışmazlıqlarla üzləşdiyimizi düşünmürəm. Seçimlər düzgün olsa, istənilən büdcə ilə keyfiyyətli komanda qurmaq olar. Büdcənin azalması tək qalmaq demək deyil. Sponsorlar yanımızdadı.

– Sonda “Səbail”in növbəti mövsüm üçün cizgilərini necə cıza bilərsiz? “Dənizçilər”in yeganə məqsədi iddia olunduğu kimi, premyer-liqada qalmaq olacaq? Yoxsa azı ötən mövsümdəki nəticəni təkrarlamaq?
– Hələ ki bu barədə danışmaq üçün tezdi. Komandanın komplektləşdirilməsi bitəndən və futbolçuların tam potensialına bələd olandan sonra daha dəqiq nəsə demək olar. Onu bilirəm ki, hədəf, sadəcə, premyer-liqada qalmaq deyil. Ümumiyyətlə, autsayderlər sırasında qərarlaşmaq fikrimiz yoxdu. Gücümüz çatan qədər çalışacağaq ki, maksimum nəticə göstərək. Həm rəhbərlik, həm məşqçilər korpusu, həm də futbolçular yaxşı nəticələr qazanmağa köklənib. Uçurumda deyilik ki! Futbol oynayacağıq...

Xatırladaq ki, “Səbail” iyulun 11-də 1-ci liqa təmsilçisi “Ərzurumspor”, 13-də isə superliqa iştirakçısı “Hatayspor” ilə qarşılaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtıyla bağlı hələ ki məlumat yoxdu. Türkiyə toplanışı iyulun 18-dək davam edəcək.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

27-06-2024, 12:0

Coşqun atası üçün “Səbail”ə qayıdır – Şahin Diniyevdən düşünülmüş addım

Premyer-liqa / Manşet

3-06-2024, 19:0

“Sona qədər dəstəkləyəcəyik” - "Dənizçilər"

Ölkə futbolu / Manşet

26-06-2023, 16:0

"Səbail" bu komanda ilə qarşılaşacaq

Manşet / Yazarlar

10-06-2024, 15:0

Diniyevin sevgisi - KÖŞƏ

Premyer-liqa / Manşet

16-07-2023, 17:0

“Səbail” özünü oyuna hazır hiss edir”

Premyer-liqa / Manşet

31-05-2024, 22:0

Rəşad Məmmədov: “Səbail”in premyer-liqada iştirak edə bilmək üçün normal büdcəsi var”

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Bu gün, 21:12
    Şimali Amerikaya yollandı
  • Bu gün, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 169
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə