"Səbail" bu komanda ilə qarşılaşacaq

26.06.2023 16:50 551
Ölkə futbolu / Manşet
Premyer-liqa klublarının növbəti mövsüm üçün hazırlıq prosesləri davam edir.

Bilindiyi kimi, heyətlə bağlı dəyişikliklərlə yanaşı, təlim-məşq toplanışları da keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, "Səbail"in təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı iki rəqib bəlli olub.

Baş məşqçi Şahin Diniyevin saytımıza verdiyi məlumata görə, ilk rəqib "Kəpəz"di. Yeni çalışdırıcı Azər Məmmədovla yoluna davam edən Gəncə təmsilçisi iyulun 7-də "Səbail"lə oynayacaq.

Daha sonra Bayıl təmsilçisi Türkiyənin Ərzurum şəhərinə yola düşəcək. Qardaş ölkədə 3 matçın baş tutması nəzərdə tutulub. "Dənizçilər" iyulun 19-da "Alanyaspor"la qarşılaşacaqsa, 16 və 22-də üzləşəcəyi rəqiblər hələ bəlli deyil.

KƏNAN BAHADIR