Bayıl təmsilçisi Bakı vaxtı ilə 18.00-da Türkiyənin 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşacaq. Görəsən, "dənizçilər"in son durumu necədi? Komanda özünü matça hazır hiss edir? Toplanışdan gözləntilər nədi?
Bu sualları "Səbail"in Media və Marketinq Departamentinin rəhbəri Rəşad Məmmədova ünvanladıq. O, "Football-plus.az"a bunları dedi:
"Təlim-məşq toplanışımız davam edir. Hər şey plan üzrə irəliləyir. Futbolçular və məşqçilər Şahin Diniyevin rəhbərliyi altında var gücləri ilə çalışırlar. Hər şey qaydasındadı. Bu gün ilk yoxlama oyunumuzu keçirəcəyik. Komanda özünü qarşılaşmaya hazır hiss edir".
KƏNAN BAHADIR





