• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Diniyevin sevgisi - KÖŞƏ

Manşet / Yazarlar

10-06-2024, 15:0

Əvvəlcədən deyim ki, yazının baş qəhrəmanı Şahin Diniyevdi. Məşqçi karyerasına “Səbail”də davam edən təcrübəli mütəxəssis... Türkiyənin “Ümraniyəspor” klubunda çıxış edən futbolçu Coşqun Diniyev və “dənizçilər”in köməkçi məşqçisi Kərim Diniyevin atası, ölkəmizin seçilən hakimlərindən Ramil Diniyevin əmisi...

Bəli, reallıq odu ki, ölkənin futbol təsərrüfatında Diniyevlər sülaləsi var. Bəs məhz bu mövzuya toxunmağımızın səbəbi nədi? Əlbəttə, yerli mətbuatda ara-sıra müətəxəssisin övladlarıyla bağlı tənqidlərə rast gəlirik. Çünki Türkiyədə legioner həyatı yaşayan Coşqun Diniyev ölkəmizi layiqincə təmsil edə bilmədi. Geridə qalan mövsüm ərzində 30 oyunda forma geyən futbolçu cəmi 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ramil Diniyevin də ədalət təmsilçisi kimi xeyli haqsız qərarlarından və bu üzdən qəzəbli cümlələrə tuş gəldiyindən xəbərdarıq. Kərim Diniyevə gəlincə, onun atasıyla birgə çalışdırdığı komanda hələ ki ciddi uğurla yadda qalmayıb. “Səbail” 2022/23 “futbol ili”ndə premyer-liqadan düşməkdən çətinliklə xilas oldusa, geridə qoyduğumuz mövsümdə rəhbərliyin 6-cı pillə tələbi təmin edilmədi. Lakin Şahin bəyin övladlarından bəhs etməyimə fikir verməyin. Sözümün canı məhz mütəxəssisin özüylə bağlıdı. Onun indiyə qədər hansı klublarda çalışdığını xatırlatmaq yersiz olar. Hər halda, futbol ictimaiyyəti ata Diniyevi yaxından tanıyır. Məşhur cümləsi də yadımızdadı: “Yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib çıxıb getmişəm. Görəndə ki alınmır, getmək lazımdı”.
Yuxarıda qeyd etdiyim kimi, “Səbail” mövsümlük hədəfinə çatmadı. Hətta bu üzdən rəhbərliyin büdcəni azaltdığını bilirik. Təbii ki, bu, həm də baş məşqçinin maaşının azalması deməkdi. Maraqlıdı, görəsən, Şahin Diniyev bu şərtlər altında “dənizçilər”i çalışdırmağa davam etməyə necə razılaşdı? Müqavilənin müddətinin uzadılmasına niyə razılıq verdi? Bəllidi ki, kollektivin bundan sonra ciddi iddiası ola bilməz. Şahin Diniyevin sərəncamında isə keyfiyyətli futbolçu qalacağına inanmıram. Hər halda, elə oyunçulara yiyələnə biləcək komandaların sayı az deyil. Qısası, “Səbail”in növbəti mövsüm üçün hədəfi premyer-liqada qalmaq, ən yaxşı halda orta pillələrdən birində qərarlaşmaq olacaq.

Əlbəttə, bu məqsəd uğrunda döyüşməyə, gücünü sınamağa dəyər. Bunun dadına geridə qoyduğumuz “futbol ili”ndə “Kəpəz”in və Adil Şükürovun timsalında baxdıq. Özü də yaxşı mənada. İndiki duruma görə büdcəsi azalan “dənizçilər” maliyyə cəhətdən yenə “Kəpəz”i üstələyir. Bu öz yerində. Lakin durum düşündüyümüz qədər asan deyil. Diniyev sıra ilə aparıcı oyunçularını itirdiyindən yeni komanda formalaşdırılmalıdı. Hətta artıq Ağabala Ramazanovla müqavilə müddəti uzadılmayıb, Adil Nağıyev gedib, Aleksandr Ramalinqom başda olmaqla bir neçə futbolçunun komandadan ayrılacağı haqda xəbərlər yayılıb. Belədə Şahin Diniyevin istədiyi nəticəni ala bilməsi üçün ən azı 6-7 ay vaxt lazım olacaq. Hər halda, özü belə demişdi...
Mənzərə göz önündədi. İndiyə qədər yaşananlarla bağlı səbəb-nəticə uzlaşması da məntiqəuyğundu. Yalnız bir məsələdən başqa! Belədə yenidən bayaqki suala qayıtmağın zamanıdı. Şahin bəy müqavilənin müddətinin uzadılmasına niyə razılıq verdi? Bunu bir neçə səbəblə əlaqələndirib yekun qərarı oxucularımızın öhdəsinə buraxmaq istəyirəm.

Mütəxəssis hədəfə çata bilmədi və bu üzdən müqavilə müddətinin uzadılmamasını öz zəngin karyerasına yaraşdırmadı. Uzun müddətdi işsiz qalan təcrübəli həmkarlarının taleyini yaşamaq istəmədiyindən az maaşa belə “yox” demədi. Nəticədə özünü isbat etmək, uğursuz keçən mövsümlərin, hətta bəlkə də övladlarının “günahını yumaq” məqsədilə özünü “oda atdı”. Digər variant isə Şahin Diniyevin “Səbail” sevgisidi. O, “dənizçilər”in uğurları üçün çalışmaqdan hədsiz zövq alır. Kim bilir, bəlkə də nəinki daha az maaşa, təmənnasız işləməyə də razı olardı...

Bu yerdə amerikalı komediya ustası Ceki Meysonun maraqlı sözü yada düşür: “Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidi. Xoşbəxtlikdən mən pulları sevirəm”. Görəsən, Şahin Diniyevin sevgisi onu xoşbəxt edəcəkmi?

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

1-01-2023, 14:0

Şahin Diniyevin köməkçiləri kimlər olacaq?

Dünya futbolu

27-03-2024, 10:0

Coşqun qərarını verdi – “Ümraniyəspor”u Vüsalın komandasına dəyişir

Dünya futbolu

7-12-2023, 11:0

Coşqun Diniyevin komandası kubokda mərhələ adladı

İdman

25-11-2023, 23:0

Diniyevin komandası doğma meydanda uduzdu

Aktual / Ölkə futbolu

24-06-2023, 20:0

Coşqun Diniyev "Ümraniyəspor"da - RƏSMİ

Dünya futbolu

12-11-2023, 11:0

Diniyevin komandası səfərdən qələbə ilə döndü

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Bu gün, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Bu gün, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Daha çox
Oxunub: 227
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 183
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə