"Kəpəz" millimizin və "Sabah"ın futbolçusunu transfer etdi - RƏSMİ

8.01.2024 22:44 2 127
Ölkə futbolu / Manşet
"Kəpəz" transfer çalışmalarını davam etdirir. Gəncə təmsilçisi Amil Yunanovdan sonra növbəti futbolçunun icarəyə götürülməsinə nail olub.

"Football-plus.az" xəbər verir ki, söhbət U-21 millimizin və "Sabah"ın yarımmüdafiəçisi Camal Cəfərovdan gedir.

"Sarı-göylər" mövsümün sonuna qədər futbolçunun xidmətindən yararlanacaq.

Qeyd edək ki, məlumatı "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri təsdiqləyib.

KƏNAN BAHADIR