"Kəpəz" millimizin üzvünü transfer etdi

25.07.2023 16:50 480
Ölkə futbolu
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadə ilə güclənib. Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb. Bəxtiyarın son klubu "Sabah" olub.