Klubu Fernandeşə icazə verdi

8.07.2024 16:06 313
Dünya futbolu
Bruno Fernandeş Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparmaqda sərbəstdi.

“TEAMtalk”un məlumatına görə, “Mançester Yunayted” hücumameyilli yarımmüdafiəçiyə bu planda icazə verib. 29 yaşlı futbolçu ilə “Əl-Nəssr” və “Əl-İttihad” maraqlanır. Eyni zamanda, Fernandeşin həmyerlisi Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr”ə keçmək variantına üstünlük verdiyi də bildirilir.

Portuqaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 48 matçda iştirak edib, 15 qol vurub və 13 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.