Ronaldo DÇ-2026-da oynamaq üçün...

13.10.2023 19:15 294
Dünya futbolu
Bir müddət əvvəl Kriştiano Ronaldonun “Əl-Nəssr”dən vaxtından tez ayrılmaq haqda düşünməsi ilə bağlı şayiə yayılmışdı. Artıq bu iddianın əsassız olduğunu düşünmək mümkündü.

“Football-plus.az” xəbər verir ki, ona görə ki, 38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir. Bu barədə jurnalist Əli Əl-Hərbi məlumat yayıb. Onun bildirdiyinə görə, ulduz futbolçunun növbəti hədəfi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaqdı. Kriştiano bundan sonra karyerasını başa vurmağı planlaşdırır. O, mundiala qədərki dövrü “Əl-Nəssr”də keçirməyə hazırdı. Portuqaliyalı futbolçunun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Ronaldo Səudiyyə Ərəbistanına 2023-cü ilin yanvarında yollanıb. Hücumçu bu mövsüm “Əl-Nəssr”in heyətində 11 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Kriştiano hazırda ölkə çempionatında 10 qolla bombardirlərin siyahısına başçılıq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul