Lyuk De Yonq beynəlxalq karyerasını başa vurub.
“Football-plus.az” xəbər verir ki, PSV-nin yarımmüdafiəçisi Niderland millisini birdəfəlik tərk edib. Bu barədə 32 yaşlı oyunçu özünün sosial şəbəkə hesablarında yazıb: “Milli komandada oynamaq mənim üçün şərəf idi. Bütün xatirələrə görə təşəkkür edirəm”.
De Yonq Niderland millisində 2011-ci ildən çıxış edirdi. O, yığmada 39 oyuna çıxıb və 8 qol vurub.