Xordi Alba beynəlxalq karyerası ilə bağlı qərar verib.
“Football-plus.az” xəbər verir ki, “İnter Mayami”nin təcrübəli futbolçusu İspaniya yığmasındakı karyerasını başa vurub. “Marca” qəzetinin məlumatına görə, 34 yaşlı müdafiəçi qərarını bir neçə həftə əvvəl milli komandanın baş məşqçisi Luis de la Fuenteyə bildirib. Alba bundan sonra özü və ailəsi üçün daha çox vaxt qazanmaq istəyir.
Xordi milli formada 2011-ci ildə debüt edib. Bu formada keçirdiyi 93 oyunda 9 qol vurub. O, yığma ilə AÇ-2012-nin və bu il keçirilən Millətlər Liqasının qalibi olub.