Yan Vertongen klubunu növbəti dəfə dəyişib.
"Football-plus.az" xəbər verir ki, 35 yaşlı müdafiəçi azad agent kimi “Benfika”dan “Anderlext”ə keçib. O, Brüssel klubu ilə 2 illik müqavilə imzalayıb. “Benfika”da 2020-ci ilin yayından çıxış edən futbolçu bu komandada 89 oyuna 1 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub.
Qeyd edək ki, Vertongen 139 matçla Belçika millisinin rekordçusudu. O, yığma ilə 139 oyunda iştirak edib. Yanın milli formada 9 qol vurduğunu da xatırladaq.