İtaliya klubunda yeni baş məşqçi

7.07.2024 16:45 305
Dünya futbolu
“Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib.

İtaliya klubunun rəsmi saytının xəbərinə görə, komandanı bundan sonra Davide Nikola çalışdıracaq. 51 yaşlı mütəxəssisin “Kalyari” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Kalyari” ötən mövsümü Klaudio Ranyerinin başçılığı altında keçirib. Komanda İtaliya çempionatını 16-cı yerdə başa vurub.