İtaliya klubunda baş məşqçi ilə yeni müqavilə

22.06.2022 17:29 379
Dünya futbolu
"Fiorentina" baş məşqçisi Vinçensi Italiano ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Klub müqaviləni daha 1 il uzatmaq hüququna malikdir.

İtaliano ötən ilin iyununda “bənövşələr”ə baş məşqçi təyin edilmişdi. Onun keçmiş müqaviləsi növbəti mövsümün sonuna qədər idi. Komanda İtalianonun rəhbərliyi altında A Seriyasında 7-ci yeri tutub, İtalıiya Kubokunda yarımfinala yüksəlib.