“Berdıyev 100 yaşına qədər də məşqçilik edə bilər” – Natxo

6.07.2024 18:39 1 030
Premyer-liqa / Manşet
71 yaşlı Kurban Berdıyevin “Turan Tovuz”un “sükanı arxasına” keçməsi Rusiyada da böyüş maraqla qarşılanıb.

Türkmənistanlı mütəxəssis “Rubin”i çalışdırarkən 2010-13-cü illər aralığında onun rəhbərliyi altında oynayan Bibras Natxo da rusiyalı həmkarımızın bununla bağlı sualına cavab verib. İsrailli yarımmüdafiəçi hazırda “Partizan”ın şərəfini qoruyur.

- Kurban Berdıyev Azərbaycana işləməyə gedib. 100 yaşına qədər çalışdıra bilərmi?

- Bəli. Bekiyeviç özünü tam futbolla yükləyib – günün 24 saatı ərzində məşğul olur. Berdıyev kiçik detallara da diqqət ayırır, bu üzdən dəqiq deyə bilərəm ki, karyeramdakı ən yaxşı məşqçidi. Ona hər şeyin ən yaxşını arzulayıram.