Kurban Berdıyev "Sabah"ın baş məşqçisi olacaq?

3.02.2024 23:37 342
Ölkə futbolu
Mahaçqala "Dinamo"sundan ayrılan Kurban Berdıyevin "Sabah"ın baş məşqçisi postuna gətiriləcəyi ilə bağlı iddialar var.

"Football-plus.az" xəbər verir ki, məsələ ilə bağlı Masazır təmsilçisinin mətbuat xidməti "Sport-Ekspress" nəşrinin sorğusunu cavablandırıb:

"Bildiyiniz kimi, Murad Musayev komandanı bu yaxınlarda tərk edib. Hazırda Berdiyevin baş məşqçi təyin olunması variantı yoxdu".