“Soçi”də baş məşqçi problemi ortaya çıxıb. Kurban Berdıyev Rusiya klubu ilə yolları ayırıb.
“Football-plus.az” xəbər verir ki, “Soçi”nin mətbuat xidmətinin məlumatında 70 yaşlı türkmən mütəxəssisin öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib. Berdıyev komandaya ötən ilin noyabrında təyin olunmuşdu. “Soçi” hazırda premier-liqada 22 turdan sonra 31 xalla 9-cu yeri tutur.
Berdıyevin yenidən hazırda 2-ci divizionda yarışan “Rubin”i çalışdıra biləcəyi iddia edilir. Onun tezliklə istefaya göndəriləcək Yuri Utkulbayevə xələf olacağı bildirilir. Xatırladaq ki, Berdıyev Kazan klubuna 2001-13-cü və 2017-19-cu illərdə başçılıq edib.