Bu ölkənin ünlü mütəxəssislərindən Kurban Berdıyev baş məşqçi postundan istefa verib.
Klub prezidenti Hacı Hacıyev “Sabah”dan ayrılan Murad Musayevlə anlaşmaq istəsə də, o da nəzakətlə “yox” deyib. Məsələnin bu tərəfi bizim üçün o qədər də maraqlı deyil. Maraqlı olan məqam isə Ruslan Abışovun da Berdıyevin yanında təcrübə keçməsi idi. Berdıyev “Dinamo”dan ayrılıbsa, həmvətənimizin Türkiyədə qalmasının mənası yoxdu. Bu məqamı dəqiqləşdirmək üçün futbol veteranının qardaşı Sərxan İbrahimoğlu ilə əlaqə saxladıq:
“Ruslan Bakıya qayıdıb. Kurban Berdıyevin yeni klubu müəyyənləşdikdən sonra təkrar onun yanına gedəcək. Amma hələ ki Bakıdadı”.
ƏSƏD SEYİDOV



