İtaliya çempionatının yüksək liqasında növbəti istefa qaçılmaz olub. “Empoli” rəhbərliyi baş məşqçi vəzifəsində dəyişikliyi zəruri sayıb.
"Football-plus.az" xəbər verir ki, A seriyasının son turunda “Verona”ya məğlubiyyət (1:2) Aurelio Andreatsolinin istefaya göndərilməsinə səbəb olub. 70 yaşlı mütəxəssis empolililəri 2023-cü ilin sentyabrından çalışdırırdı. Bu komandaya əvvəllər daha üç dəfə başçılıq edən məşqçinin yerinə Davide Nikola təyinat alıb. Onun əsas vəzifəsi hazırda 19-cu yerdə olan “Empoli”nin A seriyasındakı yerini qorumaq olacaq.