“Latsio”nun yeni baş məşqçisi müəyyənləşib. Komandaya gözlənilən mütəxəssis təyinat alıb.
“Football-plus.az” xəvər verir ki, paytaxt klubunun rəsmi saytının yaydığı xəbərə görə, baş məşqçi vəzifəsinə Marko Baroni təyin edilib. 60 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb. Amma müddət konkret açıqlanmayıb. İtaliyalı çalışdırıcı bir neçə gün əvvəl istefaya gedən İqor Tudorun yerini tutub.
Baroninin sonuncu klubu “Verona” olub. Komanda onun rəhbərliyi altında A seriyasında yenicə başa çatan mövsümü 13-cü yerdə bitirib.