İspaniya klubunda yeni təyinat

4.06.2024 18:50 174
Dünya futbolu
“Sevilya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Football-plus.az” xəbər verir ki, Bu haqda İspaniya klubunun saytı məlumat yayıb.

Komandaya Qarsiya Pimenta təyinat alıb. 49 yaşlı mütəxəssisin sonuncu iş yeri “Las Palmas” olub. Pimenta bu komandanı 2022-24-cü illərdə çalışdırıb. O, məşqçi karyerasına “Barselona”nın strukturunda - gənclər komandasında başlayıb. Təcrübəli mütəxəssis “Sevilya”nın baş məşqçi postunu tərk edən Kike Sançes Floresi əvəzləyib.

Xatırladaq ki, komanda La Liqada son mövsümü 14-cü yerdə başa vurub.