İngiltərə klubu ona ehtiyac duymadı

1.06.2023 20:51 207
Dünya futbolu
Eşli Yanq tezliklə “Aston Villa”nı tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu onunla müqaviləni yeniləməyib. Xatırladaq ki, Yanq “Aston Villa”ya 2021-ci ildə qayıdıb. O, karyerası ərzində “Mançester Yunayted”, “İnter” və “Uotford” komandalarında da forma geyib.

37 yaşlı futbolçu yenicə başa çatan mövsümdə bütün turnirlərdə 32 oyun keçirib və 1 qol vurub.