PFL rəsmisi UEFA-dan təyinat aldı

27.06.2024 12:26 443
Ölkə futbolu
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacıməhərrəmov UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, PFL rəsmisi Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.

O, iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) – “Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.