PFL-in icraçı direktoru UEFA tərəfindən təyinat aldı

10.10.2022 15:55 383
Dünya futbolu
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 13-də Buxarets şəhərindəki “National Arena Bucharest”da keçiriləcək FCSB (Rumıniya) – “Silkeborq” (Danimarka) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.