PFL rəsmisi "Lill"in matçında

29.02.2024 11:20 177
Ölkə futbolu
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacıməhərrəmov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" Konfrans Liqası turnirinin 1/8 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.