PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

7.07.2023 14:54 229
İdman
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 20-də gerçəkləşəcək.