Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.
"Footbal-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada "Viktoriya" (Plzen) və İspaniya "Barselona"sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin 6-cı tur matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, noyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.