• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Axmaq kimdi?

Premyer-liqa / Manşet

26-06-2024, 23:0

“Neftçi”nin sabiq baş icraçı direktoru gəldiyi yerə - Basketbol Federasiyasına qayıtdı.

Təyinatı ilə bir günün içində “Neftçi” azarkeşinə çevrilən Fərrux bəy istefaya göndərildiyi günün ertəsi “feysbuk” hesabında “ağ-qara” yazılmış örtük şəklini basketbol topu olan şəklə dəyişdi. Klub rəsmi səhifəsində “müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə” ona təşəkkür etdi, gələcək karyerasında uğurlar arzuladı. Nə deyirik, təki gələcək karyerası uğurlu olsun.

Amma azarkeşlər təməli qoyulan bu yeni işlərin nə olması haqda çox düşündü. Olmaya “Neftçi” yaşı 30-u keçmiş futbolçular, eləcə də böyük pullar qarşılığında klubun ehtiyat oyunçular skamyasını bəzəyən legionerlər ilə gələcəyin komandasını quracaqdı? Yoxsa sözün əsl mənasında gələcək sayılan “Neftçi-2”də çıxış edən bir sıra futbolçuların mövsüm bitincə başqa kluba keçməsi, “Neftçi”nin isə “Qəbələ”nin yetirməsi Emil Səfərova möhtac olması, bəzi oyunlarda Ağadadaş Salyanskiyə 5-10 dəqiqəlik verilən şans istisna, digər oyunçuların əsas heyətə cəlb edilməməsi idi gələcəyə hesablanmış yeni işlər? Ya əcnəbi sevgisindən qurtula bilməyib,Mutuların, Bojoviçlərin, Anderssonların ciblərini doldurmaq, pulları havaya sovurmaq idi təməl? Sabir demişkən:
Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları.
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq.

Ağır xəstəliyə düçar olmuş, can üstə olan “Neftçi” üçün başbilənləri yenə də “importnı” çarə axtarır. Amma bəlkə də “Neftçi”nin şəfası milli, yerli türkəçarədi ki, bunu unudurlar...

Fərrux Mahmudov əslində uzaqgörən adam idi. Mətbuata açıqlamalarında hər dəfə “işin idman tərəfini bilmirəm” və ya “idman məsələlərinə mən baxmıram” deyib, ariflərə bir işarə verirdi. Axı hər kəs yaxşı bilir ki, klubda uğursuzluq olanda ilk hesabat verəcək adam elə idman məsələlərinə görə məsuliyyət daşıyan şəxsdi. Transfer, məşqçi seçimi, idman məsələlərində söz sahibi olmayan Fərrux Mahmudov rəhbərliyin uğursuzluq olacağı təqdirdə etiraz və təzyiq qarşısında ondan qalxan kimi istifadə edib, kreslolarını qorumaq üçün onu qurban verəcəklərini bəlkə də işin gedişində duymuşdu. Elə ona görə də “idman məsələlərinə baxmıram” deməklə özünü “sığortalamış” və başqalarının günahkar olduğu mesajını vermişdi.

Həqiqətən idman üzrə müşavir Kamil Məmmədov, idman direktoru Yens Andersson vəzifəsində qalırsa, onda adamı bir sual düşündürür: kimdi müqəssir?

“Neftçi” rəhbərliyi Yens Anderssona xilaskar kimi baxaraq onu idman direktoru təyin etdi. Azarkeşlər də “ağıllı baş tük saxlamaz” deyimini yada salıb, isveçlinin başına ümid etdi. Lakin ümidləri doğrultmayan Andersson Mutudan sonra “indiki halda Bojoviç Neftçiyə ən uyğun məşqçidi” deyib, səhv seçiminin acısını yaşatdı kluba.

Mutu istefaya göndəriləndə düşünürdüm ki, 2-ci yerdən bir xallıq fərqlə 3-cü yerdə olmaq yəqin klubu hədəflərindən çox uzaq salıb. Amma Bojoviç qarşısına məqsəd kimi 2-ci yeri tutmağın qoyulduğunu deyəndə üzümdə acı təbəssüm yarandı. Və “bu qərarları kim, hansı ağılla verir”, - deyə düşündüm. Axı ölkəni, rəqibləri, oyunçuları daha yaxşı tanıyan Mutunun 1 xallıq fərqi aradan qaldırması nabələd Bojoviçdən daha ehtimallı idi. Yanılmamışdım. Bojoviçli “Neftçi” mövsümü 5-ci yerdə başa vuraraq avrokuboklardan kənarda qaldı. Səhv seçiminə görə Anderssona nəinki “gözün üstə qaşın var” deyən oldu, hətta ona uyğun gördüyü məşqçilərin siyahısını hazırlamaq tapşırıldı. Və bu tapşırığı verənlər hər kimdisə, Kamranların, Ceyhunların, Fərruxların arxasında gizlənərək onları qurban vermək ənənəsinə sadiq qaldı. İndi hər kəs başsız qalan “Neftçi”nin yiyəsini axtarır.

Düzdü, “Neftçi”də hər il rəhbər də olur, rəhbərə nəzarət də, lap elə nəzarətə nəzarət də. “Neftçi” kimi bir kluba o qədər çox rəhbər sığır ki, hətta bir zənglə, bir xahişlə hansısa “yaxşı oğlan”ı yeni ştat açaraq, filan departamentin rəhbəri postuna təyin edə bilərlər. Təki “yaxşı oğlan”ın könlü xoş, cibi dolu olsun.

Talanan büdcə, itirənsə “Neftçi” olur. “Neftçi” hansısa sahibkarın şəxsi klubu olsaydı, heç kim pulun havaya sovrulmasının hesabını istəyə bilməzdi. Amma “Neftçi” Azərbaycan iqtisadiyyatının əsası və özəyi olan neft gəlirlərindən “qidalanır”, SOCAR da dövlətə məxsus müəssisədi. Mənə dərs demiş Həsən müəllim həmişə “əvvəl neft yox idi, “Neftçi” var idi. İndi neft var, “Neftçi” yoxdu” deyərək neftdən gələn gəlirlərin artması fonunda “Neftçi”nin ağır duruma düşməsinə eyham vurur. Səhv, qeyri-peşəkar idarəçiliyin klubu saldığı durum: 20 milyon büdcə ilə Azərbaycan çempionatında 5-ci yer.

Rəhmətlik Böyükağa Hacıyev müsahibələrinin birində demişdi:

“Səhv etmək axmaqlıq deyil. Axmaqlıq bir səhvi iki dəfə etməkdi”.


Bəs görəsən, illərdi ardıcıl və eyni səhvlərə yol verən “Neftçi”də axmaq kimdi? Bəlkə klubun əvvəlki şöhrətini, flaqman adını qaytaracağına hələ də ümid edən azarkeşlər?

FİKRƏT ABDUL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-08-2023, 17:0

“Neftçi”nin baş icraçı direktoru Boris Xetaqurovu təbrik etdi

Premyer-liqa / Manşet / Yazarlar

25-07-2023, 19:0

“Qarabağ” rəsmisinin od olmayan yerdən tüstü çıxartması - REPLİKA

Aktual / Ölkə futbolu

26-07-2023, 15:0

“Qarabağ”ın sabiqləri Qaraya uğur arzuladı

Konfrans Liqası

4-08-2023, 15:0

"Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşdi

İdman / Manşet

17-10-2023, 22:0

Basketbol ailəsi bir araya gəldi

Ölkə futbolu / Manşet

22-07-2023, 19:0

"Neftçi"də Kamran Quliyev və prezidentlik dövrü başa çatır

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 16:27
    "Bakı Sportinq" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
Daha çox
Oxunub: 210
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə