"Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşdi

4.08.2023 15:36 341
Konfrans Liqası
Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov özünün sosial şəbəkə hesabında məlumat verib.

Oyun "Neftçi" Arena" stadionunda (keçmiş 8-ci kilometr qəsəbəsi stadionu) keçiriləcək. Bu, "Neftçi"nin yeni ad alan arenada ilk matçı olacaq. UEFA "Beşiktaş"la oyunun avqustun 10-da Bakıda keçiriləcəyini təsdiq edib.