Məsələn, İtaliya AÇ-2024-də Xorvatiyaya uduzub pley-offa vəsiqə qazanmasaydı da, təəccüblənməyəcəkdik və ya belə oyun üslubu ilə finala qədər getsə belə, yenə təəccüblənməyəcəyik. Ölkə futbol tarixinin ən köklü klubu “Neftçi” təəccüblənməyi bizə tərgidib.
Bilindiyi kimi, Fərrux Mahmudovdan sonra icraçı baş direktor postuna Cenk Sümer gətirildi. Ancaq əminəm ki, həmin posta kimi təyin etmələrindən asılı olmayaraq, təəccüb doğuracaqdı. Ümid edək ki, “Beşiktaş”ın idarəçilik sistemində ad çıxarmış mütəxəssisin yeni işi də uğurlu olar.
“Beşiktaş”dakı dönəmində klubun ikinci rəhbəri Adnan Dalgakıranla Sosial Təsislərdən məsul idarə heyətinin üzvü Berkan Gocay 2020/21 mövsümündə qazanılan uğurların əsas memarı kimi Süməri göstərmişdilər:
“O mövsümdə qazanılan çempionluqlar Cenkin pərdə arxasında göstərdiyi uğurlu performans sayəsində mümkün olmuşdu”.
Təki “Neftçi” rəhbərliyi də onu belə tərifləyə bilsin. Hələlik bizə “xeyirli olsun” demək qalır. Nəyin necə olacağını isə zaman göstərəcək.
KAMAL SƏFƏR






