"Arenamızın adı "Neftçi Arena" oldu" - Fərrux Mahmudov

4.08.2023 14:54 298
Ölkə futbolu
Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Neftçi" - "Beşiktaş" oyunu 8-ci kilometr qəsəbəsi stadionunda keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun baş icraçı direktoru Fərrux Mahmudov özünün sosial şəbəkə hesabında məlumat verib.

O həmçinin yazıb:

"Bu gündən etibarən arenamızın adı nə "Bakcell Arena", nə də "8-ci km Arena" adlanacaq. Arenamızın adı "Neftçi Arena" oldu. Yaxın zamanda bütün fasad reklamları stadionda dəyişəcək. Xeyirli uğurlu olsun!"


Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" oyununun avqustun 10-na keçirilməsi nəzərdə tutulub. Həmin gün Konfrans Liqasında Azərbaycanın digər təmsilçisi "Sabah"ın da "Partizan"la (Serbiya) matçı Bakıda keçiriləcəyindən, qaydalara əsasən, onlardan birinin oyunun vaxtında və ya məkanında dəyişiklik edilə bilər.