Uzun müddət yaşıl meydanlardan kənarda qalan hücumçu aprelin sonlarında dönsə də, "Səbail" ona bu ay yeni müqavilə təklif etmədi. Daha sonra futbolçu şəxsi “instaqram” hesabında karyerasını başa vurduğunu bildirdi. Görəsən, Faiq Hacıyev Ağabala Ramazanov karyerasını bitirdikdən sonra onunla əlaqə saxlayıbmı? "Football-plus.az" olaraq, bu sualla Faiq Hacıyevə müraciət etdik:
"Ağabalaya mesaj yazaraq üzrxahlıq etdim və halallıq aldım. Həqiqətən də oyun vaxtı hansı epizodda nə baş verəcəyi ağlına gəlmir. O elə bir epizod idi ki, ani qərar verməliydim. Bu gün eyni epizod olsaydı, əlbəttə, girməzdim. İnsan həyatı futboldan daha önəmlidi. Deyə bilərəm ki, bu, mənim futbol karyeram boyumca ən pis olduğum anlardan biri olacaq".
GÜNAY SÜLEYMANOVA





