İngiltərədən Fransaya üz tutdu

19.06.2024 23:20 331
Dünya futbolu
“Brayton”u mövsümün sonunda tərk edən Roberto De Zerbinin yeni iş yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, italyalı mütəxəssis Fransaya üz tutub. O, bundan sonra “Marsel”i çalışdıracaq. Tanınmış insayder Fabritsio Romanoun verdiyi məlumata görə, Fransa klubu 45 yaşlı məşqçi ilə 3 illik müqavilə üzrə razılığa gəlib.

Xatırladaq ki, De Zerbi “Brayton”u 2022-ci lin yayından çalışdırırdı. Komanda premyer-liqada son mövsümü 11-ci yerdə başa vurub.