Bu günlərdə Ukraynanı tərk edən Roberto De Zerbinin xələfi məlum olub.
Football-plus.az xəbər verir ki, 43 yaşlı məşqçi “Şaxtyor”la müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsini pozmuşdu. Donetsk klubuna 2021-ci ilin mayında təyinat alan De Zerbinin yerini İqor Yoviçeviç tutub. 48 yaşlı xorvat mütəxəssis Ukrayna çempionu ilə 2 illik müqavilə bağlayıb.
Yoviçeviç bundan əvvəl “Karpatı”, “Selye”, Zaqreb “Dinamo”su və “Dnepr-1”i çalışdırıb.