Premyer-liqanın tarixinə düşdü

17.06.2024 13:34 317
Dünya futbolu
“Brayton”da baş məşqçi problemi yoluna qoyulub.

İngiltərə kubunun rəsmi saytının xəbərinə görə, Roberto De Zerbinin istefasından sonra boş qalmış vəzifəyə Fabian Hürtseler təyin edilib. Almaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 31 yaşlı çalışdırıcı premyer-liqanın tarixinə ən gənc baş məşqçi kimi düşüb.

Qeyd edək ki, Hürtseler son mövsümdə “Sankt Pauli”ni Almaniya bundesliqasına çıxarıb.