Heylunn premyer-liqanın tarixinə düşdü

13.03.2024 12:55 180
Dünya futbolu
İngiltərə premyer-liqasında fevralın ən yaxşıları müəyyənləşib.

İki nominasiya üzrə fərqli komandaların üzvləri qalib adını qazanıb.

“Mançester Yunayted”in hücumçusu Rasmus Heylunn ötən ayın ən yaxşı oyunçusu seçilib. O, digər namizədləri - Fil Foden (Mançester Siti), Joao Qomes (Vurverhempton), Paskal Qross (Brayton), Rodriqo Munis (Fulhem), Bukayo Saka (Arsenal) və Olli Uotkinsi (Aston Villa) geridə qoyub. Rasmus fevralda meydana çıxdığı 4 matçda 5 qol vurmuş və 1 məhsuldar ötürmə vermişdi. 21 yaşlı forvard fərdi mükafatı qazanan ilk danimarkalı kimi liqanın tarixinə düşüb.

Fevralın ən yaxşı məşqçisi isə Mikel Arteta seçilib. Onun çalışdırdığı “Arsenal” ötən ay premyer-liqada keçirdiyi 4 matçın hamısında qalib gəlmişdi.