Premyer-liqanın tarixinə düşdü

12.02.2024 13:55 191
Dünya futbolu
“Bernli” ilə oyun Trent Aleksander-Arnold üçün əlamətdar olub.

O, “Liverpul”un 3:1 hesabı ilə qalib gəldiyi matçda Dioqu Jotaya məhsuldar ötürmə verməklə premyer-liqanın tarixinə düşüb. Bu liqada 58-ci dəfə assistentlik edən Trent müdafiəçilər arasında komanda yoldaşı Endryu Robertsonu arxada qoyaraq vahid rekordçu olub.