• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yeni komanda ilə bağlı planlar uzunmüddətlidi” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

16-06-2024, 14:0

“Turan Tovuz”dan müəmmalı şəkildə ayrılan Ayxan Abbasovun yeni iş yeri srağagün bəlli oldu.

Daha əvvəl yazdığımız kimi, təcrübəli mütəxəssis 2024/25 mövsümündə “Şamaxı”nı çalışdıracaq. Bölgə təmsilçisi onunla birillik müqavilə bağlayıb. Yeri gəlmişkən, Abbasovun məşqçi heyəti də açıqlanıb. Burda məşqçilər Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayev, Vüsal Qarayev və qapıçı hazırlığı üzrə məşqçi Kamil Qafarovun adı var.

“Şirlər”lə bağlı bir çox məqama aydınlıq gətirilməsinin vacibliyi göz önündədi. 2022/23 mövsümündə yalnız yerli futbolçulardan ibarət komanda Vüqar Əsgərlinin rəhbərliyi altında premyer-liqada çıxış etdi ki, uğursuz nəticələr ucbatından sonuncu pillədə qərarlaşaraq 1-ci liqaya yuvarlandı. Bununla yanaşı, kollektiv yaşadıqların dərs çıxarıb və yeni heyətdə legionerlərin xidmətindən yararlanmaq yönündə qərar qəbul edib. Həmçinin Ayxan Abbasovun qarşısına qoyulan məqsəd, müqaviləylə bağlı diqqətçəkən məqamlar, komandanın formalaşdırılması yönündə planlar və başqa məsələlər diqqət mərkəzindədi. Bu üzdən dünən Ayxan bəylə əlaqə saxlayaraq, qeyd olunanlar ətrafında söhbətləşməyi lazım bildik.

– Dialoqa maraqlı nüansa toxunmaqla başlamaq istərdim. Ciddi layihələr əsasında çalışan və bunu müqavilə şərtlərinə yansıdan mütəxəssislərdənsiz. Bu mənada “Şamaxı” ilə cəmi bir il müddətinə anlaşmağınız prinsiplərinizə zidd deyilmi?
– Xeyr, belə düşünmürəm. Yeni komandayla bağlı planlar uzunmüddətlidi. Qarşıdakı mövsüm başlanğıc ili olacaq. Rəhbərliklə razılaşdıq ki, ilkin hədəf premyer-liqada möhkəmlənmək olsun. Bilindiyi kimi, klubun sponsoru yoxdu. Belədə iş çətinləşir. Çünki hansısa məqsədə çatmaq üçün maliyyə önəmli amildi. Yetərli maddi güc yoxdusa, hansısa böyük layihədən iddialı danışmaq olmur.

- Möhkəmlənmək deyəndə nəyi nəzərdə tutursuz? Məsələn, mövsümün sonunda 9-cu pillədə qərarlaşsaz, bu sizi və ya rəhbərliyi nə dərəcədə qane edəcək?
– Bu gün doqquzuncu sıra üçün mübarizə aparacağımı desək, fərqli anlaşılar. Kimsə daha yüksək pillələri arzulamadığımızı zənn edər. Konkret hədəf premyer-liqada möhkəmlənməkdi. “Şamaxı” daha əvvəl buna cəhd etsə də, işin öhdəsindən gələ bilmədi və 1-ci liqaya düşdü. Məsələ odu ki, komanda təslim olmadı və yenidən elitaya qayıda bildi. Azərbaycanda belə hadisələrin yaşanması yaxşı haldı. “Qəbələ”ni də yenidən premyer-liqada görmək xoş olar. Bəzi komandanların 1-ci liqaya düşəndən sonra tarixə qovuşduğuna şahidlik etmişik. Amma indi fərqli hadisələr cərayan edir. Deməli, ölkə futbolunda mübarizə əzmi artıb. Premyer-liqada Əsasnamənin şərtlərinə, idman prinsiplərinə əməl olunması klubların işə daha peşəkar yanaşmasına səbəb olub. “Şamaxı” da belə edəcək. Əsas məqsədimiz gələcəyə hesablanmış əzmkar komanda formalaşdırmaqdı. Bunun üçün sabit nəticələr qazanmaq və premyer-liqada qalmaq vacibdi. Məncə, belə məsələlərdə hələ ki yerdən söhbət getmir. Belə oyunçuları “Şamaxı”ya gətirə bilmək üçün klubun imicini qaldırmaq lazımdı.Əlbəttə, maliyyə başlıca çatışmazlıq deyil. Bu gün elə klublar var ki, böyük maddi gücə mailk olsa da, uğur qazana bilmir. Uzun sözün qısası, növbəti mövsümdə rəqabət mühitinə tab gətirməyə çalışacağıq. Bundan sonra durumu dəyərləndirib gələcək üçün müəyyən addımlar atacağıq. Arzu edirəm ki, “Şamaxı” iddialı klublar sırasına qoşulsun və böyük hədəflər uğrunda mübarizə aparsın.

– Komandanın formalaşdırılması yönündə işlər necə gedir? Xüsusilə legionerlərlə bağlı hansı addımlar atılıb?
– Bu gün genişmiqyaslı seleksiya çalışmalarıyla məşğuluq. Tanıdığım futbolçular var. Ayrılmazdan əvvəl “Turan Tovuz”a dəvət etmək istədiyim oyunçularla əlaqə saxlayıram. Sol cinah hücumçusu İbrahim Kanate ilə razılaşmışıq. “Turan Tovuz”dan Belajdi Pusiylə ortaq məxrəcə gəldik. Bu proses davam edəcək. Bizə hələ çox futbolçu lazım olacaq

– Maliyyə azlığı sizə nə dərəcədə mane olacaq? İstədiyiniz oyunçuları heyətə cəlb edə biləcəyinizə inanırsız?
– Bu gün yerli futbolçularla bağlı transfer məsələlərində rəqabət apara bilmirik. Milliyə namizəd olanlar və ya klubuyla müqavilə müddəti davam edənlər var ki, onları cəlb etmək çətindi. Çmepion heyətin bir neçə üzvüylə yola davam edəcəyik. Planda əlavə gənc oyunçular da var ki, danışıqlar aparırıq. Yeni adlar istəyirik. Bununla yanaşı, büdcəmizə uyğun legioner axtarışındayıq. Runi Eva, Natan Oduva, Aleks Souza kimi futbolçuları “Turan Tovuz”a gətirmişdim, özü də böyük xərcə səbəb olmadan. Onlar komandaya keçid edəndən sonra qiymətləri yüksəldi. Düzgün seleksiya lazımdı. Həmçinin futbolçunun premyer-liqaya uyğunlaşması, bacarıqlarını ən qısa müddətdə göstərməyə başlaması kimi amilləri nəzərə almalıyıq. “Turan Tovuz”a necə 8-9 legioner qazandırdımsa, “Şamaxı” üçün də eynisini etməyə çalışacam. İnanın ki, onları komandaya asanlıqla gətirməmişdik. Böyük əziyyət çəkmişdim. Bu gün görürük ki, ikiillik müqavilə bağladığımız futbolçular rahatlıqla komandada qalmağa davam edir. Bunun sayəsində “Turan Tovuz” legioner seleksiyası aparmır. İndi “Şamaxı”nı böyütməyə çalışırıq. Növbəti mövsümdə istəyimizə çatsaq, daha bir neçə il müddətinə anlaşmaq olar.

– Məşqçilər korpusuyla bağlı fikirləriniz də maraqlıdı..
– Bilirsiz ki, Elnur Çodarov neçə ildi mənimlə birlikdədi. “Zirə”də çalışdığımız dönəmdən bəri bərabərik. Ölkəmizin potensiallı məşqçilərindəndi. Kamil Qafarovu “Turan Tovuz”da olduğu kimi, bura da dəvət etdim. Xəyal Qarayev də yenidən mənimlə çalışmaq istədi ki, canla-başla razılaşdım. “Turan Tovuz”dan əvvəl “Şamaxı”da işləmişdi.Vüsal Qarayev bacarıqlı fiziki hazırlıq üzrə məşqçilərdəndi. Bəli, Ceyhun Rzayev də kömək edəcək. Hər biri gəncdi və yetişmək istəyir.

– Bayaq maliyyə problemlərindən danışdız. Həmin məsələyə qayıtsaq, bunun sizə problem yaradacağını deyə bilərik?
– Hələ ki dövlətin ayırdığı maliyyə vasitəsilə iş görəcəyik. Bu büdcədən kənara çıxmaq mümkün olmayacaq. Amma bunun ciddi çatışmazlıqlara gətirib çıxaracağını zənn etmirəm.

– Ayxan bəy, sonda azarkeşlərdən bəhs edək. Tovuz şəhər stadionunda minlərlə tərəfdarın yaratdığı atmosferə öyrəşmişdiz. Şamaxıdakı durum fərqlidi. Bunun öhdəsindən necə gələcəksiz? Və “Şamaxı”nı dəstəkləyənlərə nə demək istərdiz?
– Əlbəttə, bu gün hər kəs futbolun bölgələrə qayıtmasını istəyir. Düşünürəm ki, inkişaf etmək üçün bu yerlərdə akademiyalar və stadionlar inşa edilməlidi. Bölgələrdə futbolu sevməlidilər. Təbii ki, bəzi hallarda bunun əksini görürük. Lakin “Şamaxı” çempion olarkən ora yığışan azarkeşlərin sevincini, xoşbəxtlikdən meydanaçaya daxil olduqlarını və komandaya necə rəğbət bəslədiklərini gördüm. Ağır yola çıxırıq. İnanıram ki, azarkeşlər bizi tək qoymayacaq və hər zaman dəstək olacaqlar. Bizə hər kəsin səbirli davranışı və inamı lazımdı. Həm rəhbərlik, həm məşqçilər, həm də futbolçular uğurlu olacağımıza inanır. Tərəfdarlarımızdan da bunu istəyirik. İnşallah, komanda yaxşı çıxış etdikcə və premyer-liqada qaldıqca azarkeş kütləsi artacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-06-2024, 15:0

Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi

Ölkə futbolu / Manşet

29-05-2022, 21:0

“Turan Tovuz” premyer-liqaya harda hazırlaşacaq ? – ÖZƏL

Aktual / Ölkə futbolu / Günün xəbəri

18-05-2022, 17:0

“Turan Tovuz”un yeni qapıçısı məlum oldu – ÖZƏL

Ölkə futbolu

13-06-2024, 10:0

Ayxan Abbasov “Şamaxı”da - Rəsmi açıqlama!

Ölkə futbolu / Manşet

14-06-2024, 15:0

Kapitan Kurban Berdıyev haqda nə dedi?

Ölkə futbolu

9-10-2023, 10:0

Ayxan Abbasov "Turan Tovuz"da yubiley oyununa çıxdı

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
Daha çox
Oxunub: 212
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə