Ayxan Abbasov “Şamaxı”da - Rəsmi açıqlama!

13.06.2024 10:56 277
Ölkə futbolu
Növbəti mövsümdən premyer-liqada mübarizə aparacaq "Şamaxı"da yeni baş məşqçi təyinatı rəsmiləşib.

“Football-plus.az” xəbər verir ki, bu vəzifəyə Ayxan Abbasov gətirilib. 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Abbasovun son iş yeri bu yay ayrıldığı "Turan Tovuz" olub.